سُنَّةَ مَن قَدۡ أَرۡسَلۡنَا قَبۡلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحۡوِيلًا ٧٧
Sunnata man qad arsalnā qablaka mir rusulinā walā tajidu lisunnatinā tahwīlā
Səndən əvvəl göndərdiyimiz elçilərə qarşı da belə davranmışlar. Sən Bizim sünnətimizdə heç bir dəyişiklik tapa bilməzsən.
Təfsir
Müşriklərin səni Məkkədən qovub çıxartdıqlarından sonra özlərinin də orada çox az bir müddət qala bilmələri, uca Allahın səndən öncə göndərilən və qövmləri tərəfindən öz diyarlarından çıxarılan elçilər barəsindəki dəyişməyən sünnəsidir. Yəni, hər hansı bir qövm onlara göndərilən elçilərə qarşı düçmənçilik edib, onları yaşadıqları diyarlarından qovub çıxarmışdılarsa, Allah da əzab göndərib onları məhv etmişdir. Ey Peyğəmbər! Sən Bizim sünnəmizdə heç bir dəyişiklik tapa bilməzsən. Əksinə, sən onu daima sabit və dəyişməz olaraq görərsən.