Al-Isra surəsi, ayə 76

17:76

وَإِن كَادُواْ لَيَسۡتَفِزُّونَكَ مِنَ ٱلۡأَرۡضِ لِيُخۡرِجُوكَ مِنۡهَاۖ وَإِذٗا لَّا يَلۡبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلٗا ٧٦

Wa in kādū layastafizzūnaka minal-ardi liyukhrijūka minhā wa idhal lā yalbathūna khilāfaka illā qalīlā

(Müşriklər) az qala səni bu torpaqdan (Məkkədən) sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də (orada) ancaq az bir müddət qala bilərdilər.

Təfsir

Kafirlər, sənə qarşı olan ədavətləri üzündən az qala səni Məkkədən didərgin salacaqdılar. Lakin Rəbbinin hicrət etmə əmri gələnə qədər uca Allah onların sə­ni Məkkədən qovub çıxarmalarına mane oldu. Əgər onları səni Məkkədən qovmuş olsaydılar, bu zaman özləri də orada ancaq az bir müd­dət qala bilərdilər.