إِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا ٧
In ahsantum ahsantum li anfusikum wa in asa'tum falahā fa idhā jā'a wa'dul-ākhirati liyasu'ū wujūhakum waliyadkhulul-masjida kamā dakhalūhu awwala marratin waliyutabbirū mā 'alaw tatbīrā
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə (Qüdsdəki) məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).
Təfsir
Ey İsrail oğulları! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzünüzü qaraltsınlar, birinci dəfə Qüdsdəki məscidə girib oranı darmadağın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları deyə düşmənlərinizi yenidən üstünüzə göndərdik.