ثُمَّ رَدَدۡنَا لَكُمُ ٱلۡكَرَّةَ عَلَيۡهِمۡ وَأَمۡدَدۡنَٰكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَجَعَلۡنَٰكُمۡ أَكۡثَرَ نَفِيرًا ٦
Thumma radadnā lakumul-karrata 'alayhim wa amdadnākum bi amwālin wabanīna waja'alnākum akthara nafīrā
Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.
Təfsir
Ey İsrail oğulları! Siz etdiyiniz günahlardan Allaha tövbə etdikdən sonra, Allah sizə düşmənləriniz üzərində qələbə nəsib edərək dövlətinizi onlardan geri alıb yenidən sizə verdi və onların əlinizdən aldıqları var-dövlətinizi və oğul-uşaqlarınızı sizə qaytarmaqla sizə yardım etdi, beləliklə də, sayınızı düşməninizin sayından daha çox etdi.