وَأَوۡفُواْ ٱلۡكَيۡلَ إِذَا كِلۡتُمۡ وَزِنُواْ بِٱلۡقِسۡطَاسِ ٱلۡمُسۡتَقِيمِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلٗا ٣٥
Wa awful-kayla idhā kiltum wazinū bil-qistāsil-mustaqīmi dhālika khayrun wa ahsanu ta'wīlā
Ölçdükdə ölçüyə tam riayət edin, (çəkdikdə) düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirli və nəticə baxımından daha yaxşıdır.
Təfsir
Başqası üçün ölçdükdə, ölçüyə naqislik etmədən tam şəkildə ölçün. Çəkdikdə də, tərizidə əksiltmədən, düzgün tərəzi ilə çəkin. Çünki ölçüdə və tərəzidə düzgün olmağınız dünya və axirətdə sizin üçün daha xeyirli və nəticə baxımından ölüçdə və tərəzidə əksildib insanları aldatmaqdan daha yaxşıdır.