وَمَنۡ أَرَادَ ٱلۡأٓخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡيَهَا وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ كَانَ سَعۡيُهُم مَّشۡكُورٗا ١٩
Waman arādal-ākhirata wasa'ā lahā sa'yahā wahuwa mu'minun fa ulā'ika kāna sa'yuhum mashkūrā
Kim də Axirəti istəsə, mömin olaraq, ona layiq bir səylə onun üçün çalışarsa, onların səyi məmnuniyyətlə qəbul olunar.
Təfsir
Kim də yaxşı əməllər etməklə axirət həyatını istəyərək riyadan və şan-şöhrətdən uzaq olarsa və Allahın iman etməsini vacib etdiyi şeylərə iman edərsə, məhz bu vəsflərə sahib olan kimsələr Allah yanında əməlləri qəbul edilən kimsələrdir. Allah bu kimsələrin etdikləri yaxşı əməllərinin mükafatın onlara verəcəkdir.