فِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ٩٧
Fīhi āyātu bayyinātum maqāmu ibrāhīma waman dakhalahū kāna āminan walillāhi 'alan-nāsi hijjul-bayti manistatā'a ilayhi sabīlan waman kafara fa innallāha ghaniyyun 'anil-'ālamīn
Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin (müqəddəs) Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur.
Təfsir
O evdə, dini ayinlərin icrası kimi bu evin şərəfli və fəzilətli olmasına dəlalət edən açıq-aydln nişanələr vardır. Bu nişanələrdən biri də, İbrahim, Kəbənin divarını qaldırmaq istədikdə ayağının altına qoyub üzərində durduğu daşın olması. Ora daxil olan kimsənin qəlbindən qorxunun getməsi və həmçinin ona heç bir zərərin toxunmamasıdır. Ora daxil olan kəs əmin-amanlıqda olar. İnsanlardan Kəbəyə getməyə qadir olan kimsənin, həcc ayinlərini yerinə yetirmək üçün bu evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim həccin vacibliyini inkar edərsə, bilsin ki, Allahın o kafirə və bütün aləmlərə heç bir ehtiyacı yoxdur.