Al-Imran surəsi, ayə 92

3:92

لَن تَنَالُواْ ٱلۡبِرَّ حَتَّىٰ تُنفِقُواْ مِمَّا تُحِبُّونَۚ وَمَا تُنفِقُواْ مِن شَيۡءٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٞ ٩٢

Lan tanālul-birra hattā tunfiqū mimmā tuhibbūna wamā tunfiqū min shay'in fa innallāha bihī 'alīm

Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmazsınız. (Malınızdan) nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir.

Təfsir

Ey Möminlər! Sevdiyiniz mallarınızdan Allah yo­lunda xərcləməyin­cə, xeyirxah insanların savabına və onların dərəcələrinə nail ola bilməzsiniz. Xərclədiyiniz hər bir şeyin az və ya çox olasından aslı olmayaraq, əlbəttə ki, Allah sizin niyyətlərinizi və əməllərinizi bilir və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.