كَيۡفَ يَهۡدِي ٱللَّهُ قَوۡمٗا كَفَرُواْ بَعۡدَ إِيمَٰنِهِمۡ وَشَهِدُوٓاْ أَنَّ ٱلرَّسُولَ حَقّٞ وَجَآءَهُمُ ٱلۡبَيِّنَٰتُۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٨٦
Kayfa yahdillāhu qawman kafarū ba'da īmānihim washahidū annar-rasūla haqqun wajā'ahumul-bayyinātu wallāhu lā yahdil-qawmaz-zālimīn
İman gətirdikdən, (Allahın göndərdiyi) Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan kimsələri Allah necə doğru yola yönəldər? Allah zalım qövmü doğru yola yönəltməz.
Təfsir
İman gətirdikdən, Allahın göndərdiyi Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - gətirdiyi dinin haqq olduğuna şahidlik etdikdən və bunun səhihliyinə özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan kimsələri Allah, Allaha və Onun elçisinə iman etməyə necə müvəffəq edər?! Allah, doğru yol əvəzinə zəlaləti seçən zalım bir qövmü Allaha iman etməyə müvəffəq etməz.