Al-Imran surəsi, ayə 69

3:69

وَدَّت طَّآئِفَةٞ مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ لَوۡ يُضِلُّونَكُمۡ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ ٦٩

Waddat tā'ifatum min ahlil-kitābi law yudillūnakum wamā yudillūna illā anfusahum wamā yash'urūn

Kitab əhlindən bir zümrə sizi azdırmaq istər. (Halbuki onlar,) yalnız özlərini azdırır və (bunu) anlamırlar.

Təfsir

Ey Möminlər! Kitab əhlindən olan yəhudi və nəsrani alimləri, Allahın sizi yönəltdiyi doğru yoldan az­dırmağı təmənna edərlər. Hal­bu­ki, onlar, yalnız öz­lərini azdırırlar. Onlar möminləri azdırmaq üçün səy göstərdiklərinə görə, sonda özləri azdılar. Onlar öz əməllərinin aqibətini anlamırlar.