ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۚ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يُلۡقُونَ أَقۡلَٰمَهُمۡ أَيُّهُمۡ يَكۡفُلُ مَرۡيَمَ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يَخۡتَصِمُونَ ٤٤
Dhālika min ambā'il-ghaybi nūhīhi ilayka wamā kunta ladayhim idh yulqūna aqlāmahum ayyuhum yakfulu maryama wamā kunta ladayhim idh yakhtasimūn
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. (İsrail oğullarından) hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini (püşk) atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin.
Təfsir
Ey Peyğəmbər! Bu deyilənlər, Zəkəriyya və Məryəmin - aleyhiməssəlam - xəbəri, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. O alimlərin və salehlərin hansı birinin Məryəmi himayə etməyə haqqlı olduğu barədə bir-birilərilə mübahisə etdikdə, hətta qələmlərini püşk üçün atdıqları və Zəkəriyyənin qələmi çıxdıqı zaman sən onların yanında deyildin.