Al-Imran surəsi, ayə 2

3:2

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُ ٢

Allāhu lā ilāha illā huwal-hayyul-qayyūm

Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur.

Təfsir

Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur.