Al-Imran surəsi, ayə 134

3:134

ٱلَّذِينَ يُنفِقُونَ فِي ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلۡكَٰظِمِينَ ٱلۡغَيۡظَ وَٱلۡعَافِينَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٣٤

Alladhīna yunfiqūna fis-sarrā'i wad-darrā'i wal-kāzimīnal-ghayza wal-'āfīna 'anin-nāsi wallāhu yuhibbul-muhsinīn

O kəslər ki, bolluqda da, qıtlıqda da, (mallarından Allah yolunda) xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.

Təfsir

Müttəqilər, mallarını həm rahatlıq, həm də ki, çətinlik vaxtında Allah yolunda xərcləyən, intiqam almağa qadir olduqları halda isə qəzəblərini boğan və onlara zülüm edənləri bağışlayan kimsələrdir. Allah, bu sifətlərə sahib olan yax­şı iş gö­rən­ləri sevər.