إِنَّ ٱلَّذِينَ كَفَرُواْ لَن تُغۡنِيَ عَنۡهُمۡ أَمۡوَٰلُهُمۡ وَلَآ أَوۡلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيۡـٔٗاۖ وَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ١١٦
Innal-ladhīna kafarū lan tughniya 'anhum amwāluhum walā awlāduhum minallāhi shay'an wa ulā'ika ashābun-nāri hum fīhā khālidūn
Kafirlərin nə malları, nə də övladları, Allah yanında onlara heç bir fayda verməyəcəkdir. Onlar Od sakinləridirlər və orada əbədi olaraq qalacaqlar.
Təfsir
Allaha və Rəsuluna - səllallahu aleyhi və səlləm - kafir olan kimsələrin mal-dövləti və oğul-uşaqı onlara Allah qatında fayda verə bilməz, onları Allahın əzabından qoruya bilməz və onlara Allahın rəhmətini cəlb ede bilməz, əksinə cəm etdikləri bu mal-dövlət və oğul-uşaq, onların əzabını və həsrətin artıracaqdır. Onlar Cəhənnəm əhlidir və orada əbədi qalacaqlar.