Al-Hujurat surəsi, ayə 3

49:3

إِنَّ ٱلَّذِينَ يَغُضُّونَ أَصۡوَٰتَهُمۡ عِندَ رَسُولِ ٱللَّهِ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱمۡتَحَنَ ٱللَّهُ قُلُوبَهُمۡ لِلتَّقۡوَىٰۚ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٌ عَظِيمٌ ٣

Innal-ladhīna yaghuddūna aswātahum 'inda rasūlillāhi ulā'ikal-ladhīnamtahanallāhu qulūbahum lit-taqwā lahum maghfiratun wa ajrun 'azīm

Allahın rəsulu yanında səslərini asta çıxaranlar, Allahın qəlblərini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük mükafat vardır.

Təfsir

Həqiqətən, Rəsulullahın (səllallahu aleyhi və səlləm) yanında səslərini asta çıxaranlar, Allah onların qəl­blərini təqva üçün sınağa çək­miş və bunun üçün ixlaslı etmiş kimsələrdir. Onları günahlarının bağışlanması, buna görə cəzalandırılmaması və qiyamət günü böyük mükafat - Allahın onları Cənnətə daxil etməsi gözləyir.