Al-Hujurat surəsi, ayə 2

49:2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَرۡفَعُوٓاْ أَصۡوَٰتَكُمۡ فَوۡقَ صَوۡتِ ٱلنَّبِيِّ وَلَا تَجۡهَرُواْ لَهُۥ بِٱلۡقَوۡلِ كَجَهۡرِ بَعۡضِكُمۡ لِبَعۡضٍ أَن تَحۡبَطَ أَعۡمَٰلُكُمۡ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ٢

Yā'ayyuhal-ladhīna āmanū lā tarfa'ū aswātakum fawqa sawtin-nabiyyi walā tajharū lahū bil-qawli kajahri ba'dikum liba'din an tahbata a'mālukum wa antum lā tash'urūn

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz batil olar.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Allahın rəsulu ilə ədəb-ərkanla rəftar edin. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ilə danışanda, səsinizi onun səsindən artıq qaldırmayın və bir-biri­ni­zə müraciət etdiyiniz kimi ona da adı ilə müraciət etməyin, əksinə, ona "ya peyğəmbər", yaxud "ya rəsul" deyə yumşaq tərzdə müraciət edin. Yox­sa buna görə, özünüz də hiss etmə­dən əməl­lə­ri­nizin savabı puç olar.