إِنَّ ٱللَّهَ يَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ بَصِيرُۢ بِمَا تَعۡمَلُونَ ١٨
Innallāha ya'lamu ghaybas-samāwāti wal-ardi wallāhu basīru bimā ta'malūn
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Allah nə etdiklərinizi görəndir.
Təfsir
Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir, heç bir şey Ona gizli qalmaz. Allah sizin nə etdiklərinizi görür. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, etdiyiniz əməllərin yaxşısının da, pisin də əvəzini sizə verəcəkdir.