قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ ١
Qāf wal-qur'ānil-majīd
Qaf.1 And olsun Şanlı Qurana.
Haşiyələr
1 Bax. əl-Bəqərə surəsi birinci ayəsinin qeydi.
Təfsir
﴾Qaf.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Uca Allah, özündə çox mənalar, çoxlu xeyir və bərəkət cəm edən Qurani Kərimə and içir ki, qiyamət günü siz mütləq dirilib haqq-hesaba çəkiləcək və əməllərinizin əvəzini alacaqsınız.