Al-Hujurat surəsi, ayə 12

49:12

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجۡتَنِبُواْ كَثِيرٗا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعۡضَ ٱلظَّنِّ إِثۡمٞۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغۡتَب بَّعۡضُكُم بَعۡضًاۚ أَيُحِبُّ أَحَدُكُمۡ أَن يَأۡكُلَ لَحۡمَ أَخِيهِ مَيۡتٗا فَكَرِهۡتُمُوهُۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ تَوَّابٞ رَّحِيمٞ ١٢

Yā'ayyuhal-ladhīna āmanujtanibū kathīram minaz-zanni inna ba'daz-zanni ithmun walā tajassasū walā yaghtab ba'dukum ba'dan ayuhibbu ahadukum an ya'kula lahma akhīhi maytan fakarihtumūhu wattaqullāha innallāha tawwābur rahīm

Ey iman gətirənlər! Zənnin çoxundan çəkinin. Çünki zənnin bəzisi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?! Bu sizdə ikrah hissi oyadır. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Heç bir dəlilə və sübuta əsaslanmayan ittihamlardan üzaq durun. Həqiqətən də, zənn edilənlərin bir qismi - məsələn, zahirən əməlisaleh görünən birisi barədə pis zənn etmək günahdır. Möminləri güdüb onların eyiblərini araşdırmayın. Sizlərdən heç biri mömin qardaşının barəsində onun xoşuna gəlmədiyi bir sözü danışmasın. Çünki onun barəsində xoşuna gəlmədiyi bir sözü danışmaq, onun ölmüş ətini yeməyə bənzəyir. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Elə isə onun qeybətini qırmağa nifrət edin, çünki bu, onun ölmüş ətini yeməyə bənzəyir. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxun! Həqi­qə­tən, Allah Öz qullarından tövbə edənlərin tövbəsini qəbul edər və onlara rəhm­ edər.