Al-Hashr surəsi, ayə 17

59:17

فَكَانَ عَٰقِبَتَهُمَآ أَنَّهُمَا فِي ٱلنَّارِ خَٰلِدَيۡنِ فِيهَاۚ وَذَٰلِكَ جَزَٰٓؤُاْ ٱلظَّٰلِمِينَ ١٧

Fakāna 'āqibatahumā annahumā fin-nāri khālidayni fīhā wadhālika jazā'uz-zālimīn

(Nəhayət) onların hər ikisinin (Şeytanın və onun aldatdığı kimsənin) aqibəti Cəhənnəmdə əbədi qalmaq oldu. Zalımların cəzası budur.

Təfsir

Qiyamət günü şeytanın və ona itaət edən kimsənin aqibəti atəş içində əbədi qalmaq olacaqdır. Zalımları gözləyən cəza budur. Bu, Allahın hüdudlarını aşaraq özlərinə zülüm edən kimsələrin məruz qalacaqları cəzadır.