كَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٞ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ١٦
Kamathalish-shaytāni idh qāla lil-insānikfur falammā kafara qāla innī barī'um minka innī akhāfullāha rabbal-'ālamīn
(Münafiqlərin Bəni Nadir yəhudilərini aldatmasının məsəli) şeytanın məsəli kimidir. Şeytan insana: “Kafir ol!”– deyər. İnsan kafir olunca: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyər.
Təfsir
Onların münafiqləri dinləmək məsəli şeytana bənzəyir. Şeytan insana kafir olmağı gözəl göstərir. Elə ki insan küfrün gözəl olduğunu görüb kafir olur: “Sən kafir olduğun üçün mən səndən uzağam. Mən məxluqatın Rəbbi olan Allahdan qorxuram!” – deyir.