وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ ١٧
Wal-malaku 'alā arjā'ihā wayahmilu 'arsha rabbika fawqahum yawma'idhin thamāniyah
Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır.
Təfsir
Mələklər göyün ətrafında və onun kənarlarında olacaqlar. O gün sənin Rəbbinin Ərşini Allaha yaxın olan səkkiz əzəmətli mələk daşıyacaqdır.