وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ٧٢
Wa idhā tutlā 'alayhim āyātunā bayyinātin ta'rifu fī wujūhil-ladhīna kafarul-munkara yakādūna yastūna billadhīna yatlūna 'alayhim āyātinā qul afa'unabbi'ukum bisharrim min dhālikumun-nāru wa'adahallāhul-ladhīna kafarū wabi'sal-masīr
Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan (nifrətinizdən və qəzəbinizdən) daha pisini xəbər verimmi? (Bu,) Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”
Təfsir
Kafirlərə Qurandan açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə Quran ayələrini eşitdiklərinə görə nifrət hissi görərsən. Qəlblərindəki qəzəbin şiddətindən dolayı az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. Ey Peyğəmbər! Onlara belə de: "Sizə qəlbinizdə olan qəzəbdən və üz-gözünüzdə olan nifrət hissindən də daha şərlisini xəbər verimmi? Bu, Allahın, kafirlərin girəcəyinə dair vəd etdiyi Cəhənnəmdir. Onların varid olacaqları yer necə də pis bir yerdir!"