Al-Hajj surəsi, ayə 73

22:73

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٞ فَٱسۡتَمِعُواْ لَهُۥٓۚ إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخۡلُقُواْ ذُبَابٗا وَلَوِ ٱجۡتَمَعُواْ لَهُۥۖ وَإِن يَسۡلُبۡهُمُ ٱلذُّبَابُ شَيۡـٔٗا لَّا يَسۡتَنقِذُوهُ مِنۡهُۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلۡمَطۡلُوبُ ٧٣

Yā'ayyuhan-nāsu duriba mathalun fastami'ū lahū innal-ladhīna tad'ūna min dūnillāhi lan yakhluqū dhubāban walawijtama'ū lahū wa in yaslubhumudh-dhubābu shay'an llā yastanqidhūhu minhu da'ufat-tālibu wal-matlūb

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa dua etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də acizdir, istənilən də!

Təfsir

Ey insanlar! Sizə bir mə­səl çəki­lir, onu yaxşıca dinləyin və ondan ibrət alın. Şüb­həsiz ki, Allah­dan başqa iba­dət etdikləriniz bütlər və bunlardan qeyriləri, acizliyindən dolayı kiçik bir mil­çək belə yarada bil­məz­lər, hətta onlar bunun üçün bir araya gəlsələr belə. Əgər mil­çək bütlərin üstündə olan ətir və ya başqa bir şey götürüb aparsa, bunu on­dan geri ala bilməzlər. Beləliklə də, bütlərin kiçik bir milçək yaratmaqdan və milçəyin onların üstündən bir şey götürüb apardıqda onu milçəkdən qeri almaqdan aciz olduqları üçün ondan da daha böyük şeyləri yaratmağa aciz olduqları ortaya çıxdı. Belə olan bir halda - onların aciz olmalarına rəğmən - necə ola bilər ki, onlar, Allahdan başqasına ibadət edirlər? İs­tə­yən də, yəni: milçəyin ondan aldığı kiçik bir şeyi milçəkdən geri almağa qadir olmayan, ibadət edilən bütlər də acizdır və aldığını geri qaytarılmasını istənilən milçək də.