ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٦٢
Dhālika bi annallāha huwal-haqqu wa anna mā yad'ūna min dūnihī huwal-bātilu wa annallāha huwal-'aliyyul-kabīr
Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.
Təfsir
Uca Allahın gecəni gündüzə və gündüzü də gecəyə qatmasının səbəblərindən biri də Onun, dininin, vədinin və möminlərə yardım edəcəyinin haqq, müşriklərin Ondan başqa ibadət etdikləri bütlərin isə batil və əsassız məbudlar olduğu üçündür. Həqiqətən, uca Allah zatı ilə bütün məxluqatı üzərində mütləq güc-güvvət sahibidir. O, əzəməti və cəlalı ilə ən uca və ən böyükdür.