ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ٦١
Dhālika bi annallāha yūlijul-layla fin-nahāri wayūlijun-nahāra fil-layli wa annallāha samī'u basīr
Beləcə Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir.
Təfsir
Uca Allah mütləq məzlumu zalımın zülmündən xilas edərək ona kömək edər, çünki O, dilədiyi hər bir şeyə etməyə qadirdir. Birini artırıb, digərini isə azaldaraq gecəni gündüzə, gündüzü də gecəyə qatması Onun qüdrətinin təzahürüdür. Həqiqətən Uca Allah qullarının söylədiklərni eşidən və onların etdiklərini görəndir. Bunlardan heç bir şey Ona gizli qalmaz. Allah Qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.