Al-Hajj surəsi, ayə 45

22:45

فَكَأَيِّن مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَا وَهِيَ ظَالِمَةٞ فَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئۡرٖ مُّعَطَّلَةٖ وَقَصۡرٖ مَّشِيدٍ ٤٥

Faka'ayyim min qaryatin ahlaknāhā wahiya zālimatun fahiya khāwiyatun 'alā 'urūshihā wabi'rim mu'attalatin waqasrim mashīd

Neçə-neçə məmləkət olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyu və neçə-neçə boş qalmış qəsr də vardır.

Təfsir

Biz, əhalisi küfr içində yaşayan və zalım olan bir çox məmləkətləri məhv etdik. Beləcə onların yaşadıqları yurdları, içində sakinləri olmayan xarabalığa, neçə-neçə su quyuları boş və quru quyulara çevrilmiş və Allahın əzabından qoruya bilməyən neçə-neçə hündür və bərbəzəkli qəsrləri boş qal­mışdı.