Al-Hajj surəsi, ayə 41

22:41

ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمۡ فِي ٱلۡأَرۡضِ أَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ وَأَمَرُواْ بِٱلۡمَعۡرُوفِ وَنَهَوۡاْ عَنِ ٱلۡمُنكَرِۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ ٤١

Alladhīna im makkannāhum fil-ardi aqāmus-salawāta wa ātawuz-zakawāta wa amarū bil-ma'rūfi wanahaw 'anil-munkari walillāhi 'āqibatul-umūr

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işləri əmr edib, pis işləri qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.

Təfsir

Uca Allahın onlara yardım edəcəyinə dair vəd verdiyi bu kimsələrə yer üzündə düşmənlərinə qarşı onlara zəfər nəsib edilib, hökm­ran­lıq verildikdə, namazı vaxtı-vaxtında, kamil bir şəkildə əda edər, mallarının zəkatını ve­rər, insanlara dinin əmr etdiyini əmr edib, qadağa etdiyini də qa­dağan edərlər. Bü­tün işlərin savab və cəza olaraq qarşılığı yalnız Allaha aid­dir.