إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ١٧
Innal-ladhīna āmanū walladhīna hādū was-sābi'īna wan-nasārā wal-majūsa walladhīna ashrakū innallāha yafsilu baynahum yawmal-qiyāmati innallāha 'alā kulli shay'in shahīd
Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, nəsranilər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.
Təfsir
Şübhəsiz ki, Uca Allah Qiyamət günü bu ümmətdən tək Allaha iman edənlər, yəhudilər, sabiilər, (sabiilər: bəzi peyğəmbərlərin ardıcılları olmuş bir qövmdür) nəsranilər, atəşə və bütlərə sitayiş edənlər arasında hökm verəcək, möminləri Cənnətə və onlardan qeyrilərini isə Cəhənnəmə daxil edəcəkdir. Həqiqətən, Uca Allah qullarının bütün söz və əməllərinə şahiddir və bunlardan heç bir şey Ona gizlin qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.