أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩ ١٨
Alam tara annallāha yasjudu lahū man fis-samāwāti waman fil-ardi wash-shamsu wal-qamaru wan-nujūmu wal-jibālu wash-shajaru wad-dawābbu wakathīrum minan-nāsi wakathīrun haqqa 'alayhil-'adhābu waman yuhinillāhu famā lahū mim mukrimin innallāha yaf'alu mā yashā'
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların bir çoxu isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.
Təfsir
Ey Peyğəmbər! Məgər göylərdə olan bütün mələklərin, və yerdə insan və cinlərdən mömin olanların, səmada olan günəşin, ayın, ulduzların, yer üzərində olan dağların, ağacların, heyvanların və bir çox insanların itaət edərək Uca Allah qarşısında boyun əyib səcdə etdiklərini və bir çox insanlarında Uca Allaha səcdə etməkdən imtina etdiyini bilmirsənmi?! Uca Allaha səcdə etməkdən boyun qaçıranlar, etdikləri küfrdən dolayı Allahın əzabına layiq olan kimsələrdir. Uca Allah kimi küfr və günahlarına görə alçaldarsa, heç kəs onu səadətə qovuşdura bilməz. Həqiqətən, Allah istədiyini edər. Kimsə Onu əsla istəmədiyi bir işə məcbur edə bilməz.