Al-Hadid surəsi, ayə 20

57:20

ٱعۡلَمُوٓاْ أَنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞ وَزِينَةٞ وَتَفَاخُرُۢ بَيۡنَكُمۡ وَتَكَاثُرٞ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِۖ كَمَثَلِ غَيۡثٍ أَعۡجَبَ ٱلۡكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَكُونُ حُطَٰمٗاۖ وَفِي ٱلۡأٓخِرَةِ عَذَابٞ شَدِيدٞ وَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٞۚ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ ٢٠

I'lamū annamal-hayawātud-dunyā la'ibun walahwun wazīnatun watafākhuru baynakum watakāthurun fil-amwāli wal-awlādi kamathali ghaythin a'jabal-kuffāra nabātuhū thumma yahīju fatarāhu musfarran thumma yakūnu hutāman wafil-ākhirati 'adhābun shadīdun wamaghfiratum minallāhi waridwānun wamal-hayawātud-dunyā illā matā'ul-ghurūr

Bilin ki, dünya həyatı oyun, əyləncə, bər-bəzək, aranızda öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kafirlər və münafiqlər üçün) axirətdə şiddətli əzab, (möminlər üçün isə) Allahdan bağışlanma və razılıq vardır. Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir.

Təfsir

Bilin ki, dünya həyatı bədənləri məşğul edən bir oyun, qəlbləri əyləndirən bir əyləncə, zahiri görünüşü gözəlləşdirən bir zinət, mal və mülk ilə bir-bi­riniz ya­nında öyün­mək, var-dövlət və oğul-uşaq ço­xluğu ilə lovğalanmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, on­dan əmələ gə­lən bitki əkin­çi­ləri heyran edir. Bu yaşıl bitki az bir müddətdən sonra qu­ru­yur və sən, ey ona baxan kəs, onun sap­sa­rı ol­du­ğu­nu görürsən. Sonra Allah onu çör-çöpə döndərir. Axirət günü kafirləri və münafiqləri şiddətli əzab gözləyir, möminlərin isə Allah günahlarını bağışlayacaq və onlardan razı qalacaqdır. Dünya həyatı isə keçici ləzzət­dən başqa bir şey deyildir. Kim keçici dünya ləzzətini axirət nemətindən üstün tutarsa, o kimsə ziyana uğrayan və aldananlardan olar.