۞ أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ ١٦
Alam ya'ni lilladhīna āmanū an takhsha'a qulūbuhum lidhikrillāhi wamā nazala minal-haqqi walā yakūnū kalladhīna ūtul-kitāba min qablu fatāla 'alayhimul-amadu faqasat qulūbuhum wakathīrum minhum fāsiqūn
Möminlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən öncə Kitab verilmiş kimsələr (yəhudilər və xaçpərəstlər) kimi olmasınlar. Onların üzərindən (peyğəmbərləri ilə özləri arasından) uzun bir müddət keçdi və qəlbləri sərtləşmişdi. Onların çoxu fasiq kimsələrdir.
Təfsir
Allaha və Onun rəsuluna iman gətirənlərin qəlbinin pak və müqəddəs Allahın zikri və Qurandan nazil olan vədlər və təhdidlər üçün yumşalması, daha öncə özlərinə Tövrat verilmiş yəhudilər və İncil verilmiş nəsranilər kimi, özlərinə göndərilmiş peyğəmbərlərlə öz aralarında uzun müddət keçdiyinə görə qəlbləri sərtləşmiş, çoxusu da Allahın itaətindən çıxıb Ona asi olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?!