فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا ٣٦
Faqulnadhhabā ilal-qawmil-ladhīna kaddhabū bi'āyātinā fadammarnāhum tadmīrā
(Onlara:) “Ayələrimizi yalan sayan bir qövmün yanına gedin!”– dedik. Sonra Biz onları (o qövmü) yerli-dibli yox etdik.
Təfsir
Biz, o ikisinə belə buyurduq: "Ayələrimizi yalan sayan Firon və onun qövmünün yanına gedin!". Musa və onun qardaşı əmrimizə tabe olaraq, Firon və onun qövmünün yanına gedib, onları tək Allaha ibadət etməyə dəvət etdilər. Onlar isə Musa və onun qardaşını yalanladılar və sonda Biz onları şiddətli bir əzabla məhv etdik.