Al-Furqan surəsi, ayə 37

25:37

وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ عَذَابًا أَلِيمٗا ٣٧

Waqawma nūhil lammā kaddhabur-rusula aghraqnāhum waja'alnāhum lin-nāsi āyatan wa a'tadnā liz-zālimīna 'adhāban alīmā

Biz Nuh qövmünü də elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

Təfsir

Biz Nuh qövmünü, Nuhu yalançı saydıqlarından dolayı, göndərilən bütün elçiləri yalan­çı saydıqları üçün suda ba­tırdıq və onları məhv etməmizi və zalimlərin kökünü kəsməyə qadir olduğumuzu insanlar üçün qüdrətimizə dəlalət edən bir ibrət etdik. Biz Qiyamət günü za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zırladıq.