وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا ٣
Wattakhadhū min dūnihī ālihatal lā yakhluqūna shay'an wahum yukhlaqūna walā yamlikūna li anfusihim darran walā naf'an walā yamlikūna mawtan walā hayawātan walā nushūrā
(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər.
Təfsir
Müşriklər, Allahı buraxıb kiçik və ya böyük bir şey yaratmayan, əksinə, yaradılmış olan bütləri özlərinə ilahlar qəbul etdilər. Allah həm onları, həm də onların ibadət etdikləri bütləri yoxdan yaradmışdır. O bütlər, özlərindən hər hansı bir zərəri uzaqlaşdıra bilmədikləri kimi, eyni ilə özlərinə hər hansı bir xeyri cəlb edə bilməzlər. Həmçinin, o bütlərin, dirini öldürməyə, ölünü də diriltməyə və ölüləri də qəbirlərindən dirildib çıxarmağa qüdrəti çatmaz.