Al-Furqan surəsi, ayə 2

25:2

ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا ٢

Alladhī lahū mulkus-samāwāti wal-ardi walam yattakhidh waladan walam yakul lahū sharīkun fil-mulki wakhalaqa kulla shay'in faqaddarahū taqdīrā

Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, mülkündə də heç bir şəriki yoxdur. O, hər şeyi xəlq etmiş və ona münasib bir biçim vermişdir.

Təfsir

Göylərin və yerin mülkü və hökmüranlığı yalnız Allaha məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, Onun mülkündə və hökmüranlığında da heç bir şəriki yoxdur. O, bütün şey­ləri Öz elminə və hikmətinə müvafiq olaraq yaratmış və hər bir məxluqu mü­nasib bir şəkildə yaratmışdır.