فَقَدۡ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسۡتَطِيعُونَ صَرۡفٗا وَلَا نَصۡرٗاۚ وَمَن يَظۡلِم مِّنكُمۡ نُذِقۡهُ عَذَابٗا كَبِيرٗا ١٩
Faqad kaddhabūkum bimā taqūlūna famā tastatī'ūna sarfan walā nasran waman yazlim minkum nudhiqhu 'adhāban kabīrā
(Kafirlərə deyiləcək:) “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”.
Təfsir
Ey müşriklər! Allahdan başqa ibadət etdiyiniz bütlər artıq sizin dediklərinizi yalan hesab etdilər. Aciz qaldığınız səbəbdən nə əzabı özünüzdən dəf edə bilərsiz, nə də başqası sizi əzabdan xilas etmək üçün sizə bir əlac tapa bilər. Ey Möminlər! Sizdən kim Allaha şərik qoşaraq özünə zülüm edənsə, müşriklərə dadırdığımız əzab kimi onda böyük bir əzab daddırarıq!