قُلۡ أَذَٰلِكَ خَيۡرٌ أَمۡ جَنَّةُ ٱلۡخُلۡدِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۚ كَانَتۡ لَهُمۡ جَزَآءٗ وَمَصِيرٗا ١٥
Qul adhālika khayrun am jannatul-khuldil-latī wu'idal-muttaqūna kānat lahum jazā'an wamasīrā
De: “Bu yaxşıdır, yoxsa müttəqilərə bir mükafat və dönüş yeri olaraq vəd edilən əbədiyyət cənnəti?”
Təfsir
Ey Peyğəmbər! Onlara de ki: "Sizə vəsf edilən bu əzab yaxşıdır, yoxsa nemətləri davamlı olan və əsla kəsilməyən əbədiyyət cənnəti? Bu əbədiyyət cənnəti, Allahın müttəqi qullarına qiyamət günü vəd etdiyi savab və qayıdacaqları olan dönüş yeridir!"