ٱهۡدِنَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ ٦
Ihdinas-sirātal-mustaqīm
Bizi doğru yola yönəlt!
Təfsir
Bizi doğru (düz) yola yönəlt, bizə bu yolla getməyi, bu yolda sabit olmağı müvəffəq et və hidayəitimizi artır. Ayədə deyilən "əs-Sirat əl-mustəqim" sözü heç bir əyriliyi olmayan açıq-aydın yol mənasını bildirir. Bu yol Allahın Muhammədi (sallallahu aleyhi və səlləm) göndərdiyi İslam yoldur.