Al-Fath surəsi, ayə 10

48:10

إِنَّ ٱلَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ ٱللَّهَ يَدُ ٱللَّهِ فَوۡقَ أَيۡدِيهِمۡۚ فَمَن نَّكَثَ فَإِنَّمَا يَنكُثُ عَلَىٰ نَفۡسِهِۦۖ وَمَنۡ أَوۡفَىٰ بِمَا عَٰهَدَ عَلَيۡهُ ٱللَّهَ فَسَيُؤۡتِيهِ أَجۡرًا عَظِيمٗا ١٠

Innal-ladhīna yubāyi'ūnaka innamā yubāyi'ūnallāha yadullāhi fawqa aydīhim faman nakatha fa innamā yankuthu 'alā nafsihī waman awfā bimā 'āhada 'alayhullāha fasayu'tīhi ajran 'azīmā

(Ey Peyğəmbər! Ridvan beyətində) sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər.

Təfsir

Ey Peyğəmbər! Ridvan beyətində, Məkkə müşrikləri ilə vuruşmağa dair sənə söz verən kimsələr, əslində, Alla­ha beyət etmiş sayılırlar. Çünki onlara müşriklərlə döyüşməyi əmr edən də, onlara əməllərinin əvəzini verən də Odur. Beyət əsnasında Allahın əli onların əllərinin üzərindədir. Allah onların əməllərini görür, heç bir şey Ona gizli qalmaz. Kim öz beyətini pozsa, Allahın dininə kömək edəcəyinə dair Allaha verdiyi sözü yerinə yetirməsə, beyətini pozmağının və əhdini yerinə yetirməməyinin zərəri öz əleyhinə olar. Bu (xəyanət) Allaha heç bir zərər yetirməz. Kim də Allahın dininə kömək etmək barədə Allahla bağladığı əhdi yerinə yetirərsə, Allah ona böyük mü­kafat - Cənnət bəxş edər.