Al-Buruj surəsi, ayə 12

85:12

إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ١٢

Inna batsha rabbika lashadīd

(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!

Təfsir

Ey Peyğəmbər! Sənin Rəbbinin - zalıma müvəqqəti möhlət versə də - (vaxtı çatanda əzabla) onu yaxalaması çox şiddətlidir.