Al-Baqarah surəsi, ayə 85

2:85

ثُمَّ أَنتُمۡ هَٰٓؤُلَآءِ تَقۡتُلُونَ أَنفُسَكُمۡ وَتُخۡرِجُونَ فَرِيقٗا مِّنكُم مِّن دِيَٰرِهِمۡ تَظَٰهَرُونَ عَلَيۡهِم بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَإِن يَأۡتُوكُمۡ أُسَٰرَىٰ تُفَٰدُوهُمۡ وَهُوَ مُحَرَّمٌ عَلَيۡكُمۡ إِخۡرَاجُهُمۡۚ أَفَتُؤۡمِنُونَ بِبَعۡضِ ٱلۡكِتَٰبِ وَتَكۡفُرُونَ بِبَعۡضٖۚ فَمَا جَزَآءُ مَن يَفۡعَلُ ذَٰلِكَ مِنكُمۡ إِلَّا خِزۡيٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلۡعَذَابِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٨٥

Thumma antum hā'ulā'i taqtulūna anfusakum watukhrijūna farīqam minkum min diyārihim tazāharūna 'alayhim bil-ithmi wal-'udwāni wa in ya'tūkum usārā tufādūhum wahuwa muharramun 'alaykum ikhrājuhum afatu'minūna biba'dil-kitābi watakfurūna biba'din famā jazā'u man yaf'alu dhālika minkum illā khizyun fil-hayawātid-dunyā wayawmal-qiyāmati yuraddūna ilā ashaddil-'adhābi wamallāhu bighāfilin 'ammā ta'malūn

Siz yəhudilər o kəslərsiniz ki, bu əhddən sonra (yenə də) bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdir. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə küfr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir.

Təfsir

Bundan sonra siz bu əhd-peymana müxalif olub bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni, düşmənlərlə əlbir olub onlara düşmənçilik və zülm edərək öz yurdundan çıxarırsınız. Düşmənlər onları əsir tutub yanınıza gətirəndə, fidyə verib onları əsirlikdən azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Tövratda əsir azad etmək kimi hökmü vacib olan bir qisim əməllərə iman edib, haqsız yerə qan tökmək və bir-birinizi öz yurdundan çıxarmaq kimi hökmü haram olan digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında zəlil və rüsvay olmaq, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir. Əksinə O, sizin nə etdiklərinizi görür və qiyamət günü sizə əməllərinizin müqabilini verəcəkdir.