Al-Baqarah surəsi, ayə 76

2:76

وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَا بَعۡضُهُمۡ إِلَىٰ بَعۡضٖ قَالُوٓاْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ ٱللَّهُ عَلَيۡكُمۡ لِيُحَآجُّوكُم بِهِۦ عِندَ رَبِّكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ ٧٦

Wa idhā laqul-ladhīna āmanū qālū āmannā wa idhā khalā ba'duhum ilā ba'din qālū atuhaddithūnahum bimā fatahallāhu 'alaykum liyuhājjūkum bihī 'inda rabbikum afalā ta'qilūn

Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər?! Məgər başa düşmürsünüz?!”– deyirlər.

Təfsir

Yəhudilərin ziddiyyətli və məkrli olmalarına sübutlardan biri də bəzilərinin möminlərlə rastlaşdıqda Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbərliyinin və Allahın elçisi olmasının doğruluğunu, bunun Tövratda da öz əksini tapdığını etiraf etmələri, lakin xəlvətdə olduqda bu etiraflarına görə bir-birilərini qınamalarıdır. Çünki peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) həqiqi peyğəmbər olduğunu etiraf etməklərini müsəlmanlar yəhudilərin əleyhinə dəlil gətirəcəklər.