Al-Baqarah surəsi, ayə 75

2:75

۞ أَفَتَطۡمَعُونَ أَن يُؤۡمِنُواْ لَكُمۡ وَقَدۡ كَانَ فَرِيقٞ مِّنۡهُمۡ يَسۡمَعُونَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعۡدِ مَا عَقَلُوهُ وَهُمۡ يَعۡلَمُونَ ٧٥

Afatatma'ūna an yu'minū lakum waqad kāna farīqum minhum yasma'ūna kalāmallāhi thumma yuharrifūnahū mim ba'di mā 'aqalūhu wahum ya'lamūn

Onların (yəhudilərin) sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan elə bir zümrə var idi ki, Allahın kəlamını eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər.

Təfsir

-Ey möminlər!- Siz yəhudilərin həqiqi halını və onların inadkarlıqlarını bildikdən sonra sizin cağırışınıza cavab verib sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki onların içərisində olan alimlərindən elə bir camaat vardır ki, tövratda onlara nazil olan Allahın kəlamını dinləyər, onu anlayıb başa düşdükdən sonra isə sözlərini və mənalarını təhrif edirlər. Onlar bunun Allah qatında böyük günah olduğunu bilirdilər.