Al-Baqarah surəsi, ayə 74

2:74

ثُمَّ قَسَتۡ قُلُوبُكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ فَهِيَ كَٱلۡحِجَارَةِ أَوۡ أَشَدُّ قَسۡوَةٗۚ وَإِنَّ مِنَ ٱلۡحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنۡهُ ٱلۡأَنۡهَٰرُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَشَّقَّقُ فَيَخۡرُجُ مِنۡهُ ٱلۡمَآءُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَهۡبِطُ مِنۡ خَشۡيَةِ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٧٤

Thumma qasat qulūbukum mim ba'di dhālika fahiya kal-hijārati aw ashaddu qaswatan wa inna minal-hijārati lamā yatafajjaru minhul-anhāru wa inna minhā lamā yasshaqqaqu fayakhruju minhul-mā'u wa inna minhā lamā yahbitu min khashyatillāhi wamallāhu bighāfilin 'ammā ta'malūn

Bundan sonra qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da daha sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan (yuvarlanıb yerə) düşər. Allah sizin etdiklərinizdən qafil deyildir.

Təfsir

Bu təsirli öyüd-nəsihətdən və açıq-aydın möcüzələrdən sonra qəlbləriniz yenə sərtləşib daş kimi hətta daşdan da daha sərt oldu. Qəlbləriniz olduğu bu halından heç vaxt yaxşiya doğru dəyişməz, daşlar isə dəyişər. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, və içərisindən insanların da heyvanların da bəhrələnə biiləcəyi yerdə axar suyu olan bulaqlar çıxar. Bu daşlardan eləsi də var ki, Allahın qorxusundan dağın ən hündür yerindən yuvarlanıb yerə düşər. Amma sizin qəlbləriniz isə heç də belə deyil. Allah sizin nə etdiklərinizdən, qafil deyildir, əksinə, O, sizin nə etdiklərinizi bilir və etdiyiniz əməllərin mükafatını verəcəkdir.