فَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ٧٣
Faqulnadribūhu biba'dihā kadhālika yuhyillāhul-mawtā wayurīkum āyātihī la'allakum ta'qilūn
Biz dedik: “(İnəyin) bir parçasını ölüyə vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.
Təfsir
Biz sizə dedik: "Əmrimizlə Kəsdiyiniz inəyin bir parçasını ölüyə vurun! Həqiqətən Allah onu dirildəcək və o, qatilinin kim olduğunu sizə xədər verəcəkdir". Beləliklə onlar bunu etdilər və ölü dirilib qatilinin kim olduğunu onlara xəbər verdi. Allah bu ölünü diriltdiyi kimi qiyamət günü bütün ölüləri dirildəcək. Uca Allahın qüdrətinə dəlalət edən açıq-aşkar dəlilləri sizə göstərir ki, bəlkə bunları dərk edib haqqı ilə iman edəsiniz.