قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ ٱلۡبَقَرَ تَشَٰبَهَ عَلَيۡنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهۡتَدُونَ ٧٠
Qālud'u lanā rabbaka yubayyil lanā mā hiya innal-baqara tashābaha 'alaynā wa innā in shā'allāhu lamuhtadūn
Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun necə bir inək olduğunu bizə bildirsin! Çünki (bu) inəklər bizə bənzər görünür. Əgər Allah istəsə, əlbəttə ki, biz düz yola yönələrik”.
Təfsir
Sonra onlar, bir daha bu işi özlərinə çətinləşdirərək Musaya: "Bizim üçün Rəbbinə dua et ki, o inəyin əsl sifətini bizə daha ətraflı bildirsin, çünki Allahın bizdən tələb etdiyi sifətdə olan inəklər çox olduğuna görə biz bu inəkləri bir-birindən ayırd edə bilmirik. -Əgər Allah istəsə- Kəsilməsi tələb olunan inəyi tapıb, kəsəcəyik" –dedilər.