Al-Baqarah surəsi, ayə 54

2:54

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ إِنَّكُمۡ ظَلَمۡتُمۡ أَنفُسَكُم بِٱتِّخَاذِكُمُ ٱلۡعِجۡلَ فَتُوبُوٓاْ إِلَىٰ بَارِئِكُمۡ فَٱقۡتُلُوٓاْ أَنفُسَكُمۡ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ عِندَ بَارِئِكُمۡ فَتَابَ عَلَيۡكُمۡۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٥٤

Wa idh qāla mūsā liqawmihī yāqawmi innakum zalamtum anfusakum bittikhādhikumul-'ijla fatūbū ilā bāri'ikum faqtulū anfusakum dhālikum khayrul lakum 'inda bāri'ikum fatāba 'alaykum innahū huwat-tawwābur-rahīm

O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir.” O, sizin tövbənizi qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.

Təfsir

Siz buzova tapındığınızdan sonra, Allah sizi bu əməldən tövbə etməyə müvəffəq etməsi nemətini bir daha xatırlayın. Belə ki, Musa (Aleyhis-salam) sizə belə demişdir: "Ey qövmüm, Siz buzovu ilah qəbul edib ona ibadət etməklə özünüzə zülm etdiniz. Buna görə də, sizlərdən buzova ibadət edənləri öldürməklə xaliqinizə və yaradanınıza tövbə edib Ona tərəf qayıdın. Sizin belə tövbə etməniz küfür əməldə israr edib əbədi odda qalmağınızdan daha xeyirlidir". Siz Allahın sizə olan köməyi ilə tövbəniz qəbul olsun deyə özünüzü öldürmək istədiyiniz halda Allah da tövbənizi qəbul etdi. Çünki Allah tövbələri qəbul edən və qullarına rəhimlidir.