Al-Baqarah surəsi, ayə 28

2:28

كَيۡفَ تَكۡفُرُونَ بِٱللَّهِ وَكُنتُمۡ أَمۡوَٰتٗا فَأَحۡيَٰكُمۡۖ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ٢٨

Kayfa takfurūna billāhi wakuntum amwātan fa ahyākum thumma yumītukum thumma yuhyīkum thumma ilayhi turja'ūn

Allaha necə küfr edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O, sizi öldürəcək, sonra dirildəcək, daha sonra da siz Ona qaytarılacaqsınız.

Təfsir

-Ey kafirlər- sizin işiniz təəccüblüdür! Allahı necə inkar edirsiniz ki, siz öz özünüzdə Onun qüdrətinin əlamətlərinə şahidsiniz. Siz həyatda yox idiniz, O sizi yaratdı və sizə ruh bəxş etdi, sonra O sizi yenidən öldürəcək və sizi yenidən dirildəcəkdir, daha sonra Allah etdiyiniz əməlləri haqq-hesab etmək üçün Onun hüzuruna qaytaracaqdır.