يَمۡحَقُ ٱللَّهُ ٱلرِّبَوٰاْ وَيُرۡبِي ٱلصَّدَقَٰتِۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ ٢٧٦
Yamhaqullāhur-ribawā wayurbis-sadaqāti wallāhu lā yuhibbu kulla kaffārin athīm
Allah sələmi puç edər, sədəqələri isə artırar. Allah küfr və günah işlərdə israr edən kimsələri sevməz.
Təfsir
Allah sələm ilə qazanılan malı ya hissi tələf etməklə, ya da həmin malın bərəkərini almaqla mənən məhv edər. Allah sədəqələri isə artırar və onun savabını qat-qat çoxaldar və hər yaxşılığa, onun on mislindən ta yeddi yüz qatınadək hətta bundan da daha artıq əvəz verilər və sədəqə verən kimsələrin mallarına bərəkət verər. Allah hər bir kafr, inadkar, haramı halallaşdıran asi və günah əməllərdə israrlı olan kimsələri sevməz.